...

Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı SON AÇIQLAMA: İnsanların həyatı üçün təhlükə yoxdur

Gündəm Materials 13 Oktyabr 2018 11:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı SON AÇIQLAMA: İnsanların həyatı üçün təhlükə yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir. Sürüşmə kütləsini saxlamaq üçün 2013 cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb:

"Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətindədir və insanların həyatı üçün təhlükə yoxdur".

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti