...

Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı

Gündəm Materials 22 Oktyabr 2018 21:16 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə D.Təhməzov ittihamları qəbul etmədiyini və aclıq aksiyasına başlayacağını bildirib.

Proses oktyabrın 29-da davam edəcək.

İttihama görə, Ağcabədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanandan sonra ondan uşaqlarını görməyə şərait yaratmasını tələb edib. Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üçün mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

D.Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti