...

Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Gündəm Materials 23 Oktyabr 2018 10:41 (UTC +04:00)
Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb
Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Bakı. Trend:

Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti