Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Amerikapress.com" saytının həbsdə olan rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatlına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Sultanov 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.