...

Xırdalanda 40 yaşlı kişi keçmiş arvadını ölümcül bıçaqladı

Gündəm Materials 26 Oktyabr 2018 10:20 (UTC +04:00)
Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb
Xırdalanda 40 yaşlı kişi keçmiş arvadını ölümcül bıçaqladı

Bakı. Samir Əli - Trend:

Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ü.Məmmədovanın vəziyyəti ağır olduğundan, onun dindirilməsi mümkün olmayıb.

Hadisəni törədən M. Piriyev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti