...

Baş məşqçi: Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur

Gündəm Materials 17 Noyabr 2018 14:32 (UTC +04:00)
Bu gün yarışların ilk günüdür, ona görə də hər şey qabaqdadır. Ən əsası, finala yüksəlməkdir.
Baş məşqçi: Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur

Bakı. Cani Babayeva - Trend:

Bu gün yarışların ilk günüdür, ona görə də hər şey qabaqdadır. Ən əsası, finala yüksəlməkdir.

Bunu Trend-ə akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova yetirmələri Seymur Cəfərov və Murad Əkpərovun çıxışından sonra deyib.

Baş məşqçi idmançıların yaxşı formada olduğunu bildirib: "Lakin bir neçə səhv buraxdılar. Onlar özləri də bunu anlayırlar, ona görə kefləri pozulub. Artistizm baxımından yaxşı qiymət aldılar, texniki baxımdan isə əlbəttə ki, yüksək nəticə daha yaxşı olardı".

İ.Qurbanova vurğulayıb ki, Dünya Kubokunun Vətəndə keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti