...

Bakıda ögey qardaşları güllələyən şəxs tutulub

Gündəm Materials 19 Noyabr 2018 13:52 (UTC +04:00)
Bakıda ögey qardaşları güllələyən şəxs tutulub
Bakıda ögey qardaşları güllələyən şəxs tutulub

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda ögey qardaşları güllələyən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

S.Quliyevin vəziyyəti orta ağırdır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılmış, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti