...

İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb – böyük dəyişikliklər olacaq

Gündəm Materials 28 Noyabr 2018 11:18 (UTC +04:00)
İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb.
İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb – böyük dəyişikliklər olacaq

Bakı. Samir Əli - Trend:

İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb.

Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyilib.

Müşavirədə şəhərdə məişət tullantılarının daşınması ilə bağlı bildirilib ki, tullantıların daşınması ilə bağlı 2 xarici şirkət tərəfindən təkliflər hazırlanıb və onların təklifləri təsdiq olunduqdan sonra bu sahədə geniş islahatlara başlanacaq.

Eyni zamanda, yeni konteynerlər alınacaq, mövcud konteynerlər isə təmir olunaraq onlardan istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti