Bakı. Samir Əli - Trend:
Bakıda gənc oğlan itkin düşüb. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 32-də yaşayan Həsənov Otello Adil oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 1997-ci il təvəllüdlü Həsənov Anar Otello oğlu dekabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.