...

Maştağada pul üstə adam öldürən şəxslərə ağır cəza - 34 il

Gündəm Materials 27 Dekabr 2018 17:34 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Bayraməli oğlu Əlizadə və İlham Məmməd oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Maştağada pul üstə adam öldürən şəxslərə ağır cəza - 34 il

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Bayraməli oğlu Əlizadə və İlham Məmməd oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.

Məlum olub ki, V.Əlizadə K.Quliyevi pul mübahisəsinə görə bıçaqlayaraq öldürüb. Belə ki, hər iki şəxs fəhləliklə məşğul olub və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc pul alıb. Borcun məbləği isə 150 manat olub. Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini xahiş edib. Tanışların pul mübahisəsi daha sonra davaya keçib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb. Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub. Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti