...

Ucarda qəzada deformasiyaya uğramış avtomobildən 1 nəfərin meyti çıxarılıb, şəxsiyyəti dəqiqləşdirilir

Gündəm Materials 29 Dekabr 2018 10:40 (UTC +04:00)
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucarda qəzada deformasiyaya uğramış avtomobildən 1 nəfərin meyti çıxarılıb, şəxsiyyəti dəqiqləşdirilir

Bakı. Trend:

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-ə FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti