...

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma VAXTLARI

Gündəm Materials 3 Yanvar 2019 12:18 (UTC +04:00)
2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
2019-cu ildə fəsillərin Azərbaycana daxilolma VAXTLARI

Bakı. Trend:

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti