...

Bakının əsas magistrallarında sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Gündəm Materials 18 Yanvar 2019 17:10 (UTC +04:00)
Bununla yanaşı hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.
Bakının əsas magistrallarında sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bakı. Samir Əli - Trend:

Paytaxtın Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, bununla yanaşı hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat həcmində aşağı salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti