...

Ermənistanda dövlət qurumları vətəndaşların şikayətlərini cavabsız qoyur

Gündəm Materials 22 Yanvar 2019 15:12 (UTC +04:00)
Ermənistan vətəndaşlarının dövlət qurumlarına şikayətlərinin cavabsız qalması halları iki dəfə artıb.
Ermənistanda dövlət qurumları vətəndaşların şikayətlərini cavabsız qoyur

Bakı. Trend:

Ermənistan vətəndaşlarının dövlət qurumlarına şikayətlərinin cavabsız qalması halları iki dəfə artıb.

Bu barədə Trend Ermənistan ombudsmanının mətbuat xidmətinə istinadən məlumat verir.

Əgər 2016-cı ildə şikayətlərin cavabsız qalması ilə bağlı 38 hal qeydə alınmışdısa, 2017-ci ildə bu göstərici 46, 2018-ci ildə isə 109-a çatıb.

Şikayətlərin əsas hissəsi Müdafiə, Ədliyyə və Səhiyyə nazirlikləri, hökumət aparatı, İstintaq Komitəsi, polis, prokurorluq və Yerevan meriyasına ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti