Bakı. Samir Əli - Trend:
Bakıda 13 yaşlı uşaq itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Kazımovski küçəsində yerləşən Əlillərin Bərpa Mərkəzində baş verib.
Sabirabad rayonu Moranlı kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynli Amin Əziz oğlu yanvarın 21-də saat 13 radələrində Əlillərin Bərpa Mərkəzindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.