...

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıda 6 polis idarəsində monitorinq keçirdi

Gündəm Materials 19 Fevral 2019 10:45 (UTC +04:00)
İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıda 6 rayon polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.
İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıda 6 polis idarəsində monitorinq keçirdi

Bakı. Samir Əli - Trend:

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıda 6 rayon polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı polis idarələri və onlara tabe olan bölmələrin müvəqqəti saxlama yerlərində vəziyyət, saxlanılan şəxslərlə rəftar və digər məsələlər araşdırılıb. Monitorinqi T.Hüseynov, komitənin sədr müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov keçirib:

"Monitorinq zamanı Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 14 nəfər, Suraxanı rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 1 nəfər, Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 9 nəfər, Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 7 nəfər, Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 15 nəfər, Xəzər rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində isə 4 nəfər təqsirləndirilən şəxs saxlanılırdı. Bu prosesdə yenilik odur ki, artıq polis idarələrinin müvəqqəti saxlama yerlərində inzibati həbs olunan şəxslər saxlanılmır. Həmin şəxslər dərhal Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilirlər. Polis idarələrində saxlanılanlar cinayət törətməkdə şübhəli bilinənlərdir".

T.Hüseynov qeyd edib ki, monitorinqin ümumi nəticəsi qənaətbəxşdir: "Müvəqqəti saxlama yerlərində istilik sistemi, havalandırma, işıqlanma, su təminatı normal səviyyədədir, qidalanma və dərman preparatları ilə təminat qənaətbəxşdir. Bəzi polis bölmələrinin inzibati binaları köhnə olduğundan bir sıra tövsiyələr verdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti