...

Sumqayıtda marşrut avtobusu qəzaya uğradı - 31 sərnişin xəstəxanada

Hadisə Materials 21 Fevral 2019 18:04 (UTC +04:00)
Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.
Sumqayıtda marşrut avtobusu qəzaya uğradı - 31 sərnişin xəstəxanada

Bakı. Samir Əli - Trend:

Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti