...

Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiq edilib

Gündəm Materials 1 Mart 2019 09:13 (UTC +04:00)
Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiq edilib.
Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiq edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

“Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliklərində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etməlidir.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etməli və Təhsil Nazirliyi həmin peşə təhsili müəssisələrinin nizamnamələrini təklif təqdim olunduğu gündən iki ay müddətində təsdiqləməlidir.

Eyni zamanda peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti