...

Formula 1 bolidlərinin sıralama turu başlayıb (FOTO)

Gündəm Materials 27 Aprel 2019 16:58 (UTC +04:00)
Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turu başlayıb.
Formula 1 bolidlərinin sıralama turu başlayıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turu başlayıb.

Trend-in məlumatına görə, tura hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti