...

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Gündəm Materials 2 May 2019 13:43 (UTC +04:00)
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 4 ədəd büküm aşkarlanıb. Baxış zamanı 3 ədəd bağlamada və 1 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 183 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə çəkisi 1,47 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə -metamfetamin və 1 ədəd bükümdə isə 6 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M 40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon adlı preparat isə "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti