...

Tur paket satmaq adıyla dələduzluq edən əri tutdular, arvadını isə...

Gündəm Materials 29 May 2019 14:36 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tur paket satmaq adıyla dələduzluq edən əri tutdular, arvadını isə...

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Babayev 8 il azadlıqdan məhrum edilib. E.Babayevanın cəzası isə 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, ər-arvad olan E.Babayevlə E.Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. E.Babayeva və E.Babayev onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə zərərçəkmişlərdən müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti