...

Nizamidə YANĞIN - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Gündəm Materials 22 İyun 2019 09:08 (UTC +04:00)
Bakıda yanğın faktı qeydə alınıb.
Nizamidə YANĞIN - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Bakı. Trend:

Bakıda yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti