...

Rusiyadan Azərbaycana telefonlar və dərman preparatları keçirmək istədi, saxlanıldı (FOTO)

Gündəm Materials 27 İyun 2019 12:29 (UTC +04:00)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələn "Mercedes Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonundakı müxtəlif gizli saxlanc yerlərindən qutuları və aksessuarları ilə birlikdə olan 4 ədəd "İphone 8 Space Gray", 1 ədəd "İphone 8 Plus Space Gray" və 15 ədəd "İphone 8 Plus Gold" markalı mobil telefonlar, 5600 həb "Oxandrolone 50 ml", 6500 həb "Turanabol 50 ml", 60 flakon "Boldenone 300 mg/ml", 50 flakon "Trenbolone 100 mg/ml", 49 flakon "Sustanon 300 mg/ml", 39 flakon "Nandrolone 325 mg/ml", 49 flakon "Testosterone 100 mg/ml", 50 flakon "Masterone 100 mg/ml" və 50 flakon "Testosterone 300 mg/ml" adlı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti