...

Bu il qızılcaya yoluxanların sayı rekord həddə çatıb - 1109 nəfər

Gündəm Materials 10 İyul 2019 16:12 (UTC +04:00)
ABŞ-da bu ilin əvvəlindən etibarən 1109 nəfər qızılcaya yoluxub
Bu il qızılcaya yoluxanların sayı rekord həddə çatıb - 1109 nəfər

Bakı. Trend:

ABŞ-da bu ilin əvvəlindən etibarən 1109 nəfər qızılcaya yoluxub.

Trend-in məlumatına görə, bu, 1992-ci ildən bəri rekord göstərici olub.

Qeyd olunur ki, son həftə ərzində qızılcaya yoluxanların sayı 14 nəfər artıb. Yanvarın 1-dən iyulun 3-dək olan vəziyyətə görə, ABŞ-ın 28 ştatında yoluxma halları qeydə alınıb.

Ən çox yoluxma halları Nyu York və Kaliforniya ştatları, eləcə də Nyu York və Vaşinqton şəhərlərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti