Bakı. Elnur Bağışov - Trend:
İranın paytaxtı Tehran şəhərində körpələr və 18 yaşdan aşağı uşaqlar üçün xüsusi polis fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bunu Tehran şəhərinin polis rəisi Hüseyn Rəhimi deyib.
H.Rəhiminin sözlərinə görə, polisin həmişə üzləşdiyi problemlərdən biri uşaqlar və körpələrlə əlaqədardır:
"Ona görə də paytaxtın bütün polis şöbələrində müşavir və məsləhətçilər mərkəzləri yaradılıb. Onların əksəriyyətini ali təhsilli qadınlar təşkil edir".