...

"Hyundai" Hacıqabulda Bakı sakinini vurub öldürdü

Gündəm Materials 2 Avqust 2019 20:05 (UTC +04:00)
Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə Bakı şəhər sakini E.Kazımov vurulub.
"Hyundai" Hacıqabulda Bakı sakinini vurub öldürdü

Bakı. Elçin Mehdiyev - Trend:

Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə Bakı şəhər sakini E.Kazımov vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 2-də saat 3 radələrində Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Valiulin idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti