...

Cəlilabadda avtomobil atı vurdu, sürücünün anası öldü

Gündəm Materials 14 Avqust 2019 17:10 (UTC +04:00)
Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabadda avtomobil atı vurdu, sürücünün anası öldü

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 22 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 atı vurub.

Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti