...

Keçmiş məhkum Zaqatala sakinini döyərək öldürüb

Gündəm Materials 15 Avqust 2019 20:02 (UTC +04:00)
Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov saxlanılaraq istintaqa təhvil verilib
Keçmiş məhkum Zaqatala sakinini döyərək öldürüb

Bakı. Samir Əli - Trend:

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov saxlanılaraq istintaqa təhvil verilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti