...

Azərbaycan Cənubi Koreyaya arıçılıq məhsulları ixrac edəcək

Gündəm Materials 27 Avqust 2019 15:07 (UTC +04:00)
Azərbaycanın arıçılıqla məşğul olan “Kercom” şirkəti öz məhsullarının ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır
Azərbaycan Cənubi Koreyaya arıçılıq məhsulları ixrac edəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın arıçılıqla məşğul olan “Kercom” şirkəti öz məhsullarının ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.

Bu barərə Trend-ə şirkətdən bildiriblər.

Məlumata görə, şirkət Cənubi Koreyaya ixrac imkanlarını nəzərdən keçirir:

“Bu günədək şirkət Səudiyyə Ərəbistanına ixrac təşkil edib. Biz, həmçinin Yaponiya və Cənubi Koreyaya ixracatı nəzərdən keçiririk. Hazırda bu ölkələrdə müştəri axtarırıq. Şirkət ildə 25 ton arıçılıq məhsulu istehsal edir, ilin sonunadək göstəricilərin artırılması planlaşdırılır. Ümumi istehsal həcminin 8-10 tonu balın, digər hissəsi isə arı südü, propolis, gül tozcuğu və digər növ məhsulların payına düşür. Daxili bazarda bir kiloqram balın qiyməti 30-35 manat təşkil edir”.

Şirkətdən onu da əlavə ediblər ki, arıçılıq məhsullarına yay istisna olmaqla bütün mövsümlərdə tələbat var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti