Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 3510 nəfər könüllü olaraq qan verib.
Bu barədə Səhiyyə Nazirliyindən Trend-ə bildirilib.
Nazirlikdən qeyd edilib ki, saat 12:00-a olan məlumata əsasən, bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.
Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.