...

Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır (FOTO)

Gündəm Materials 14 Sentyabr 2019 10:23 (UTC +04:00)
32 yaşlı Rima Talıbova azyaşlı qızı ilə birlikdə anasının evinə gedəcəyini bildirərək evdən çıxmış və Qusar rayonunda itkin düşmüşdür.
Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır (FOTO)

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxmış və Qusar rayonunda itkin düşmüşdür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Rima Talıbovanın əlamətləri: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti