...

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb (YENİLƏNİB) (FOTO)

Gündəm Materials 3 Oktyabr 2019 18:40 (UTC +04:00)
Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb (YENİLƏNİB) (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

XXX

saat 18:29

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti