...

Bakıda çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi - Biri yeniyetmədir

Gündəm Materials 4 Oktyabr 2019 09:55 (UTC +04:00)
Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb.
Bakıda çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi - Biri yeniyetmədir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb.

Trend-in məlumatına görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində qeydə alınan yanğın zamanı iki nəfər bina sakini, 1974-cü il təvəllüdlü İmanova Rühəngiz Kərəm qızı və 2004-cü il təvəllüdlü Umudova Hüsniyyə Azər qızı zəhərlənərək 1 saylı Kliniki Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər.

Şöbədən Trend-ə verilən məlumata görə, hər iki şəxsə dəm qazından yüngül zəhərlənmə diaqnozu qoyulub. Bildirilib ki, xəstələrin səhhətində ciddi problem olmadığından onlar ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirlyinin yaydğı məlumata görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxinin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti