...

Masallıda 16 yaşlı arvadını öldürən ər 3 aylıq həbs olundu

Gündəm Materials 31 Yanvar 2020 12:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Masallı Rayon Məhkəməsində 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, təqdimat təmin edilib və məhkəmə İ.Məmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti