...

Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatdı

Gündəm Materials 28 Fevral 2020 02:55 (UTC +04:00)
Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 82 294 olduğu bildirilib
Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatdı

Bakı. Trend:

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 46 ölkədə 3664-ə yüksəlib, onlardan 57-si ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

ÜST daha əvvəl yoluxanların sayının 3474 olduğunu, onlardan 54-nün ölümlə nəticələndiyini bildirmişdi.

Son məlumatlara görə, hazırda Çində yoluxanların sayı 78,630 nəfər təşkil edir, onlardan 2747 nəfər dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 82 294 olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti