...

İrandan qayıdan daha üç Azərbaycan vətəndaşında koronavirus tapıldı - Operativ qərargah

Gündəm Materials 6 Mart 2020 22:46 (UTC +04:00)

Bakı. Trend:

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.

Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldır, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti