...

İtaliyada koronavirusa yoluxanların sayı 12 mini keçib

Gündəm Materials 11 Mart 2020 21:11 (UTC +04:00)
İtaliyada yoluxma hallarının ümumi sayı 2 min nəfər artaraq 12 min nəfəri ötüb, ölənlərin sayı isə 196 olub
İtaliyada koronavirusa yoluxanların sayı 12 mini keçib

Bakı. Trend:

İtaliyada yoluxma hallarının ümumi sayı 2 min nəfər artaraq 12 min nəfəri ötüb, ölənlərin sayı isə 196 nəfər artıb.

Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə xidmətinin rəhbəri Anjelo Borelli bildirib. Onun sözlərinə görə, ölkədə sağalmış insanların sayı daha 41 nəfər çoxalaraq 1045-ə çatıb.

"Biz 196 ölümcül nəticə qeydə aldıq", - Borelli bildirib. Beləliklə, qurbanların sayı 827-ə çatıb.

Borelli bildirib ki, ölənlər və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 12 462-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti