...

Dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür

Gündəm Materials 30 Aprel 2020 12:38 (UTC +04:00)
Dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiki dövrdə ölkədə təhsil müəssisələrinin açılması barədə danışmaq tezdir.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, karantindən sonra təhsil müəssisələri yəqin ki, ilk açılan sahələrdən olmayacaq:

“Əhali də buna çox anlayışlı qarşılamalıdır. Dərs ili ayyarımdan sonra yekunlaşır. Əslində, ümumtəhsil müəssələrində dərslər mayda bitir, iyunda isə şagirdlərin qiymətləndirilməsi aparılır. Hər bir vətəndaş dərslərin nə vaxt başlamasının tarixinin açıqlanmasını istəyir. Bu tarixi demək düzgün olmaz. Bu gün dərslərin başlamağını hamıdan çox biz arzulayırıq”.

M.Vəliyeva bildirib ki, dərs proqramları şagirdlərə çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac qalmır:

“Yəqin ki, dərs ili vaxtında yekunlaşacaq. Şagirdlərə tədris proqramlarını mənimsətmək üçün canlı olmasa da, virtual şəkildə dərslər keçirilir”.

Bir sıra ölkələrdə məktəblərdə tədrisin ilk olaraq, yuxarı sinif şagirdləri üçün açıldığını deyən M.Vəliyeva qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçiriləcək:

“Bunu hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür. Hazırda insanlar arasında sosial məsafənin saxlanılamsı olduqca vacibdir. Məktəblərdə isə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti