...

FHN çimərliklərə nəzarəti gücləndirdi

Gündəm Materials 22 İyun 2020 13:07 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi sərtləşdirilmiş karantin elan olunan ərazilərdə çimərliklərdən istifadənin qarşısını almaqla bağlı tədbirlərə başlayıb
FHN çimərliklərə nəzarəti gücləndirdi

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) sərtləşdirilmiş karantin elan olunan ərazilərdə çimərliklərdən istifadənin qarşısını almaqla bağlı tədbirlərə başlayıb.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib: "Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.

Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti