...

Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)

Gündəm Materials 4 İyul 2020 14:17 (UTC +04:00)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polislər tərəfindən həmin sexlrə bnaxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.

Qanun pozuntusuna yol verəm şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti