...

Polis Xaçmazda ali məktəbə qəbulla bağlı məktəblərdə nəzarəti gücləndirib (FOTO)

Gündəm Materials 20 Avqust 2020 17:15 (UTC +04:00)
Avqust ayının 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən iki məktəbdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.
Polis Xaçmazda ali məktəbə qəbulla bağlı məktəblərdə nəzarəti gücləndirib (FOTO)

Bakı. Samir Əli - Trend:

Avqust ayının 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən iki məktəbdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıblar. Şöbə əməkdaşları tərəfindən sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti