Bakı. Trend:
Şabran rayonunda avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Sentyabrın 12-də Şabran rayonu Dağ Bilici kəndində avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib. Diametri 76 mm olan qaz xəttinin 30 metrlik hissəsi yararsız vəziyyətə düşüb".