...

İndiyə qədər 35 000 kubmetr oduncaq tədarük olunub

Gündəm Materials 25 Sentyabr 2020 09:34 (UTC +04:00)
İndiyə qədər 35 000 kubmetr oduncaq tədarük olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Trend-ə bildirib ki, artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.

O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göy-Göl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 kubmetr həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.

N.Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti