...

Məhkəmə İmişlinin sabiq icra başçısının vəsatətini rədd etdi

Gündəm Materials 13 Oktyabr 2020 15:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan, İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Trend-in məlumatına görə, hakim İlkin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılsa da təmin edilməyib.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin may ayında İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. V.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti