...

Ermənilərin kəndləri atəşə tutması nəticəsində ölən mülki şəxslərin sayı 47 oldu

Gündəm Materials 16 Oktyabr 2020 11:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 47 dinc sakin ölüb.

Hadisələr nəticəsində 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası, 301 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti