...

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-2)

Gündəm Materials 2 Noyabr 2020 22:49 (UTC +04:00)
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-2)

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 92-yə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ zamanı 962 nəfər xəsarət alıb, onlardan 743-ü artıq evə buraxılıb. 143 nəfərin müalicəsi davam edir.

X X X

16:59

Bakı. Trend:

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 91 nəfərə çatıb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

X X X

12:10

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 83 nəfərə çatıb

Trend-in məlumatına görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti