...

Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)

Gündəm Materials 5 Dekabr 2020 17:00 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Biz 3 840 metrlik Murov dağını keçəndə Kəlbəcərin nəfəs kəsən gözəlliyi məni heyrətə gətirdi.

Trend-in məlumatına görə, bunu İran əsilli məşhur fransalı jurnalist Rza Diqqəti öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, bölgədə keşikdə dayanan Azərbaycan əsgərləri ona müharibəni və buranın erməni qoşunları tərəfindən 30 ilə yaxın işğalda saxlanılmasını xatırladıb:

"1993-cü ildə on minlərlə dinc sakin qaçqına çevrildi. Soyuq qış günündə onlar bu dağları keçmək məcburiyyətində qaldı. Erməni əsgərləri onların əşyalarını, qadınların zinət əşyalarını, ayaqqabılarını alırdı. Sağ qalmaq üçün onlar dağı aşmalı idilər, amma yalın ayaqla bu, ölüm hökmünə bərabər idi. Bölgə yenicə azad edilib və ermənilər buranı evləri yandırmaqla, təbiəti məhv etməklə və heyvanları öldürməklə tərk edib. Mən Murov dağına ona görə getdim ki, bütün baş verənləri və sadəcə təbiətin sonsuz gözəlliyini seyr edim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti