...

Vətən Müharibəsində Müdafiə Nazirliyinin 42 tibb xidməti işçisi şəhid olub

Gündəm Materials 17 Dekabr 2020 18:15 (UTC +04:00)
Vətən Müharibəsində Müdafiə Nazirliyinin 42 tibb xidməti işçisi şəhid olub

Bakı. Samir Əli - Trend:

44 günlük Vətən Müharibəsi zamanı Müdafiə Nazirliyinin 150 nəfər tibb işçisi yaralanıb.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

Onun sözlərinə görə, müharibədə 9-u həkim olmaqla 42 tibb işçisi isə şəhid olub: "Müharibənin ilk günlərindən yaralılarımızın müalicəsi və tibbi təminatı və təchizatı Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın nəzarəti altındadır. Yaralıların müalicəsi ilə bağlı reablitasiya mərkəzlərinin açılmasına göstəriş verilib.

Hazırda TƏBİB və Səhiyyə Nazirliyinin nəzdində ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə müəssisələri fəaliyyət göstərir. Müdafiə naziriinin göstərişi ilə hazırda işğaldan azad olunmuş ərazilərdə 2 səhra hospitalı və bir neçə tibb məntəqəsi gecə-gündüz hərbi qulluqçularımıza xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti