...

Birinci Qarabağ müharibəsində Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçisi həbs olundu

Gündəm Materials 22 Dekabr 2020 17:45 (UTC +04:00)
Birinci Qarabağ müharibəsində Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçisi həbs olundu

Bakı. Samir Əli - Trend:

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Məhkəmənin qərarı ilə vəsatət təmin edilib və Lüdviq Mkrtçyan barədə 4 ay həbs qətimkan tədbiri seçilib.

Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib. Sentyabrın 27-də başlanan 44 günlük hərbi əməliyyat zamanı L. Mkrtçyan bir neçə erməni hərbçisi ilə birlikdə Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti