...

Koronavirusa yoluxan Trend-in baş redaktorunun vəziyyəti ağır qiymətləndirilir - Həkim

Gündəm Materials 24 Dekabr 2020 12:09 (UTC +04:00)
Koronavirusa yoluxan Trend-in baş redaktorunun vəziyyəti ağır qiymətləndirilir - Həkim

Bakı. Samir Əli - Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti ağır olaraq qalır.

Bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.

Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Ciyərlər hələ ki fəaliyyətini bərpa etməyib. Saturasiya 55 faiz oksigenlə 96 faizdir. Müalicəsi intensiv davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor "Yeni Klinika"ya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti